z
14 AVQUST / 2023 / 16:19
“Bakı Metropoliteni” QSC mühasib, elektronçu, elektrik qaz qaynaqçısı və tornaçı peşə və vəzifələrinə vakansiya elan edir.
Tələblər aşağıdakı kimidir:
1. Mühasib –
- maliyyə-mühasibat uçotu üzrə ali təhsil;
- “1 C”, “Excel” bilikləri (mütləq tələbdir);
- vergi qanunvericiliyi haqqında biliklər;
- Müvafiq sahə üzrə sertifikatlar.
2. Elektronçu –
- ali təhsil (sahə üzrə müvafiq kurs keçmiş) və ya orta-texniki təhsil (müvafiq sahə üzrə ən azı 3 il iş stajı ilə).
3. Elektrik qaz qaynaqçısı –
- iş təcrübəsi;
- müvafiq sahəyə üzrə vəsiqə (sertifikat).
4. Tornaçı
- iş təcrübəsi;
- müvafiq sahə üzrə vəsiqə (sertifikat).
Elektron ərizələri “metro.gov.az” saytının “Karyera” bölməsi vasitəsilə (https://metro.gov.az/az/page/karyera/elektron-erize) doldurulmalıdır.
Ərizələr yalnız 2023-cü il avqust ayının 15-dən qəbul edilir.
Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına “...(vəzifənin/peşənin adı)...” (məsələn, mühasib; elektronçu; elektrik qaz qaynaqçısı; tornaçı) mütləq qaydada qeyd olunmalıdır.
Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl göndərilən, eləcə də sadalanan peşə və ya vəzifənin adı ilə bağlı qeyd olmayan ərizələr CV bankına daxil olmur.