z

Elektronçu, elektrik qaz qaynaqçısı və tornaçıların işə qəbulu davam edir

Elektronçu, elektrik qaz qaynaqçısı və tornaçıların işə qəbulu davam edir

18 OKTYABR / 2023 / 12:27

Elektronçu, elektrik qaz qaynaqçısı və tornaçıların işə qəbulu davam edir

“Bakı Metropoliteni” QSC elektronçu, elektrik qaz qaynaqçısı və tornaçı peşə və vəzifələrinə işə qəbul prosesini davam etdirir. Hər üç peşə üzrə ərizələrin qəbulu aktivdir.

Tələblər aşağıdakı kimidir:


1.    Elektronçu – 
-    ali təhsil (sahə üzrə müvafiq kurs keçmiş) və ya orta-texniki təhsil (müvafiq sahə üzrə ən azı 3 il iş stajı ilə).

2.    Elektrik qaz qaynaqçısı – 
-    iş təcrübəsi;
-    müvafiq sahəyə üzrə vəsiqə (sertifikat).

3.    Tornaçı
-    iş təcrübəsi;
-    müvafiq sahə üzrə vəsiqə (sertifikat). 

Elektron ərizələr “metro.gov.az” saytının “Karyera” bölməsi vasitəsilə (https://metro.gov.az/az/page/karyera/elektron-erize) doldurulmalıdır.
Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına “...(vəzifənin/peşənin adı)...” (məsələn, elektronçu; elektrik qaz qaynaqçısı; tornaçı) mütləq qaydada qeyd olunmalıdır.
Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl göndərilən, eləcə də sadalanan peşə və ya vəzifənin adı ilə bağlı qeyd olmayan ərizələr CV bankına daxil olmur.