z

“Bakı Metropoliteni” QSC layihəçi mühəndislərin seçimini elan edir

“Bakı Metropoliteni” QSC layihəçi mühəndislərin seçimini elan edir

07 DEKABR / 2023 / 14:25

“Bakı Metropoliteni” QSC “Təcrübəçi” layihəsi çərçivəsində inşaat mühəndislərinin layihələndirmə üzrə seçimini elan edir. 
Təcrübəçilərin seçimi müsahibə yolu ilə aparılacaq. Müsabiqədə müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin məzunları və sonuncu kurs tələbələri iştirak edə bilərlər.

Müsabiqədə aşağıda qeyd edilən və digər uyğun ixtisaslar üzrə məzun və tələbələr iştirak edə bilərlər:
- İnşaat mühəndisliyi (Sənaye və mülki tikinti, Bina və qurğuların tikintisinin təşkili və texnologiyası);
- Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi (Bina və qurğuların mikroiqlimini təmin edən sistemlər);
- Nəqliyyat tikintisi mühəndisliyi (Körpülər və nəqliyyat qurğularının tikintisi) və s.
Müsabiqədə iştirak etmək istəyənlərdən mühəndis, qrafika və s. proqramlarda işləmək bacarığı (“AutoCAD” və s.) tələb olunur.

Seçim prosesini uğurla başa vuranlar “Bakı Metropoliteni” QSC-nin “Bakımetrolayihə” institutunda təcrübə sınaqlarına cəlb ediləcəklər.
•    Təcrübə müddəti 3 aydır.
•    Təcrübə müddətini uğurla başa vuranlar işlə təmin ediləcəklər.

Təcrübə müddətində Təlim-tədris mərkəzinin mütəxəssislərinin nəzarəti altında təcrübəçinin uyğunlaşma prosesini rahat keçməsi, ixtisaslı kadrlarla təcrübə mübadiləsi aparması, iş mühitində formalaşması və komanda şəraitində işləmək bacarığının mənimsənilməsinə müvafiq şərait yaradılacaq.
Müraciət etmək istəyənlər “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron ərizə doldurularkən iddia edilən peşə kimi “TƏCRÜBƏÇİ” sözü mütləq qaydada qeyd edilməli və müvafiq xanaya yazılmalıdır.

Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də “təcrübəçi” sözü göstərilməyən elektron ərizələr müvafiq ərizə bankına daxil olmur.