z

Texniki nasazlıq səbəbindən "Xocəsən" stansiyasına giriş tam məhdudlaşdırılıb

Texniki nasazlıq səbəbindən "Xocəsən" stansiyasına giriş tam məhdudlaşdırılıb

01 MART / 2024 / 16:45

"Xocəsən" stansiyasından "Avtovağzal" stansiyası istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən sərnişinlərin "Xocəsən" elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb. Təxliyə problemsiz başa çatdırılıb.
Texniki problem aradan qaldırılana qədər "Xocəsən" stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb.
"Xocəsən" stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər.
Məlumat üçün bildiririk ki, "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur. Qatarların "Xocəsən" stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik.