z

Retro vaqonlar nümayiş olunacaq

Retro vaqonlar nümayiş olunacaq

15 MART / 2024 / 14:33

Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında, ənənələrə sadiq qalaraq, Bakı metropoliteninin əsas muzey eksponatları olan retro vaqonlar nümayiş etdiriləcək.
Mart ayının 19-dan 24-dək saat 10:00-dan 22:00-a qədər “İçərişəhər” stansiyasında bu vaqonlarla tanış olmaq, xatirə şəkilləri çəkdirmək mümkündür.
Qeyd edək ki, bu gün Bakı metropolitenində keçmiş SSRİ məkanının ilk metro vaqonu olan “A” seriyalı, eləcə də XX əsrdə post-sovet məkanı metropolitenlərinin xətlərində hərəkət etmiş “Q” seriyalı və Bakı metropoliteninin lokomotiv parkında 2009-cu ilə qədər mövcud olmuş “E” seriyalı vaqonlar nadir muzey eksponatları kimi qorunub saxlanılır.
Bu vaqonlar onların xətlərdə olduğu dövrlərdə metropolitenlərin ab-havası ilə diqqət çəkir.
Bundan əlavə, mart ayının 20-si və 21-də “Bakı Metropoliteni” QSC retro vaqonlarda Əməkdar artıist Bəhram Bağırzadənin uşaqlar üçün qələmə aldığı kitabların müəllifin imzası ilə azyaşlı sərnişinlərə təqdim edilməsi mərasimini də təşkil edəcək. Eyni zamanda Bakı metropoliteni əməkdaşları bir sıra stansiyalarda və qatarlarda azyaşlı sərnişinlərə Novruz hədiyyələri təqdim edəcəklər.