z
05 IYUN / 2025 / 17:28
Bakı metropoliteninin Qurban bayramı və qeyri-iş günləri üzrə iş rejiminə əsasən “28 May-Əhmədli” istiqamətində qatarlar arasında interval iyunun 6-7-də saat 07:00-dan 10:00-dək və 17:00-dan 21:00-dək 2,5 dəqiqə, iyunun 8-9-da saat 06:00-dan 22:00-dək 3 dəqiqə təşkil edəcək. Həmin günlərdə “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” istiqamətləri üzrə interval qeyd edilənlərdən 2 dəfə artıq olacaq.
“Bakmil” stansiyası və əksinə hərəkət zamanı iyunun 6-7-də şənbə, iyunun 8-9-da isə bazar gününün qrafiki tətbiq olunacaq.
Bənövşəyi xətdə, həmçinin “Cəfər Cabbarlı-Xətai” və “Həzi Aslanov-Əhmədli” mənzillərində interval əvvəlki qaydada olacaq.
Bayram günləri ilə əlaqədər xüsusi növbətçilik cədvəli tərtib ediləcək, nəzarət mexanizmləri artırılacaq, həmçinin zərurət yarandıqda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.