z

Dispetçer olmaq istəyənlər üçün Bakı Metropolitenində təcrübə proqramı

Dispetçer olmaq istəyənlər üçün Bakı Metropolitenində təcrübə proqramı

01 AVQUST / 2025 / 19:26

🚇Bakı metropolitenində dispetçer qatarlara düzgün və vaxtında istiqamət verməklə, minlərlə sərnişinin təhlükəsiz və rahat şəkildə mənzilbaşına çatdırılmasında mühüm rolu olan məsuliyyətli bir vəzifədir. Odur ki, sizi gələcək karyeranızı dispetçer olaraq qurmaq üçün təcrübə proqramımıza qoşulmağa dəvət edirik!

Proqram sizə nə qazandıracaq❓

🔹6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
🔹Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
🔹Təcrübə dövründə aylıq əməkhaqqı
🔹Təcrübənin sonunda davamlı işə qəbul imkanı
🔹Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

Biz kimləri axtarırıq❓

✅Cinsindən asılı olmayaraq, yaşı  22-35 arası olan gənclər
✅Təhsili elektroenergetika, avtomatika və mühəndis-texniki qurğular üzrə olan məzunlar

Seçim prosesi necə aparılır❓

✔️İxtisas üzrə test imtahanı
✔️Ətraflı müsahibə
✔️Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?
🔸Nahar (güzəştli)
🔸Metropolitendən ödənişsiz istifadə

📩Müraciət üçün Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına "dispetçer" başlığını qeyd etməklə CV göndərə bilərsiniz. 
 
📆Müraciət üçün son tarix: 31 avqust 2025

Uğurlar!