z

Bakı Metropoliteni iqtisadçı vakansiyası elan edir

Bakı Metropoliteni iqtisadçı vakansiyası elan edir

16 OKTYABR / 2025 / 12:04

Maliyyə departamenti – Büdcə və planlama şöbəsi| İqtisadçı vakansiyası

Peşəkar komandamıza qoşulmaq üçün Büdcə və planlama şöbəsinə iqtisadçı axtarırıq!

Sizi hansı öhdəliklər gözləyir?
•    Büdcə və maliyyə modelinin aylıq, rüblük, illik şəkildə mütəmadi yenilənməsi;
•    Xidmətlərdən əldə olunan məlumatların konsolidasiyası və periodik əsasda analitik idarəetmə hesabatlarının (idarə heyəti, səhmdarları üçün) hazırlanması;
•    Metronun əməliyyat xərcləri və gəlirləri üzrə iqtisadi və maliyyə təhlillərinin aparılması (OPEX, CAPEX, vahid xərclər);
•    İdarəetmə üçün əsas performans göstəricilərinin (KPI) hazırlanması və monitorinqi;
•    Excel və Power BI kimi alətlər vasitəsilə məlumatların vizuallaşdırılması və hesabatların hazırlanması.

Namizədlərdən tələblərimiz:
•    İqtisadiyyat, biznes analitikası, riyaziyyat və ya əlaqədar ixtisas üzrə bakalavr dərəcəsi;
•    0–3 il iqtisadi və ya biznes təhlili sahəsində iş təcrübəsi (nəqliyyat, enerji və ya dövlət sektorunda təcrübə üstünlükdür);
•    MS Office üzrə yüksək səviyyədə bilik, əsasən maliyyə modelləşdirilməsi olmaqla;
•    Power BI bilikləri üstünlük sayılır;
•    Texniki səviyyədə ingilis dili biliyi;
•    FMVA/ACCA MA/PM və ya ekvivalent sertifikat üstünlükdür.

Metropoliten sizə nə təklif edir?
•    Sabit və etibarlı iş mühiti;
•    Peşəkar komandada inkişaf və karyera imkanları;
•    Əmək bazarına uyğun rəqabətli əməkhaqqı;
•    Metropolitendən ödənişsiz istifadə imkanı;
•    Güzəştli nahar təminatı;
•    “Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
•    Psixoloji dəstək xidməti.

Müraciət üçün
Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına mövzu hissəsində "Büdcə və planlama üzrə iqtisadçı" qeyd etməklə CV göndərə bilərsiniz.

Son müraciət tarixi: 31 oktyabr 2025-ci il

Uğurlar!