z

Bakı Metropoliteni Tikinti layihələrinin idarə olunması departamentinə planlama mühəndisi vakansiyası elan edir

Bakı Metropoliteni Tikinti layihələrinin idarə olunması departamentinə planlama mühəndi...

22 OKTYABR / 2025 / 16:07

Tikinti layihələrinin idarə olunması departamenti - Planlama mühəndisi

Tikinti layihələrinin idarə olunması departamentinə Planlama mühəndisi axtarırıq!

Namizəd metro tikinti layihələrinin planlaşdırılması, icra qrafiklərinin hazırlanması və işlərin faktiki vəziyyətinin izlənməsi sahəsində aparıcı rol oynayacaq.
Sizi hansı öhdəliklər gözləyir?
•    Layihələrin planlaşdırılması, iş qrafiklərinin hazırlanması və yenilənməsi;
•    Tikinti və layihə bölmələrindən daxil olan məlumatların təhlili və inteqrasiya olunmuş planların tərtibi;
•    İcra vəziyyətinə nəzarət, gecikmələrin səbəblərinin analizi və düzəliş tədbirlərinin hazırlanması və ya tələbi;
•    Layihə tərəfləri ilə həftəlik və aylıq proqres iclaslarının təşkilinə dəstək;
•    Tikinti və təchizat proseslərinin planla uyğunluğuna nəzarət;
•    Planlama hesabatlarının hazırlanması;
•    “MS Project” və ya “Primavera” proqramlarında layihə planlarının idarə edilməsi.
Namizədlərdən tələblərimiz
•    Mühəndislik, tikinti, layihə idarəetməsi və ya iqtisadiyyat üzrə ali təhsil;
•    Müvafiq sahədə (planlama, layihə nəzarəti) minimum 3-5 il iş təcrübəsi;
•    “MS Project”, “Primavera P6” və “Excel” proqramlarında sərbəst işləmə bacarığı;
•    Tikinti prosesləri, qrafik planlaşdırma və proqres hesabatları üzrə biliklər;
•    Analitik düşüncə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
•    Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dili arzuolunandır.
Metropoliten sizə nə təklif edir?
•    Sabit və etibarlı iş mühiti;
•    Peşəkar komandada inkişaf və karyera imkanları;
•    Metropolitendən ödənişsiz istifadə imkanı;
•    Güzəştli nahar təminatı;
•    “Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
•    Psixoloji dəstək xidməti.
Müraciət üçün
Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına mövzu hissəsində “Planlama mühəndisi” qeyd etməklə CV göndərin.

Son müraciət tarixi: 31 oktyabr 2025-ci il

Uğurlar!