z
22 OKTYABR / 2025 / 17:14
Təchizat departamenti - Müqavilələrin təhlili və tərtibatı şöbəsi | Aparıcı mütəxəssis
Təchizat departamentinin Müqavilələrin təhlili və tərtibatı şöbəsinə aparıcı mütəxəssis axtarırıq!
Namizəd satınalma proseslərinin idarə olunması, müqavilə şərtlərinin təhlili və hüquqi sənədlərlə işləmə sahəsində aparıcı rol oynayacaq.
Sizi hansı öhdəliklər gözləyir?
• Tender sənədlərinin hazırlanması və təchizatçılarla işin təşkili;
• Müqavilə şərtlərinin qiymətləndirilməsi və hüquqi risklərin təhlili;
• Korporativ hüquq və normativ aktlarla işləmə;
• Rəsmi yazışmaların və təqdimatların hazırlanması;
• Proseslərin planlaşdırılması və icrasına nəzarət;
• Komanda ilə əməkdaşlıq və təşəbbüskarlıq nümayiş etdirmək;
• ERP sistemləri və “Microsoft Office” proqramlarında sərbəst işləmə.
Namizədlərdən tələblərimiz
• Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə bakalavr/magistr dərəcəsi;
• Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
• Satınalma və müqavilə hüququ üzrə biliklər;
• Analitik və təşkilati bacarıqlar;
• Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı.
Metropoliten sizə nə təklif edir?
• Sabit və etibarlı iş mühiti;
• Peşəkar komandada inkişaf və karyera imkanları;
• Metropolitendən ödənişsiz istifadə imkanı;
• Güzəştli nahar təminatı;
• “Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
• Psixoloji dəstək xidməti.
Müraciət üçün
Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına mövzu hissəsində "Təchizat üzrə aparıcı mütəxəssis" qeyd etməklə CV göndərin.
Son müraciət tarixi: 31 oktyabr 2025-ci il
Uğurlar!