z

2022-ci ildən çox, 2019-cu ildən az

2022-ci ildən çox, 2019-cu ildən az

19 MAY / 2023 / 09:24

Formula 1 yarışı üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimi aprel ayının 28-dən 29-na və 29-dan 30-na keçən gecə 2 saat uzadılmışdı. Qeyd edilən vaxt ərzində metropoliten birinci gecə 2 min 316, ikinci gecə 3 min 673, ümumilikdə, 5 min 989 sərnişin daşıyıb. Hər iki gecə ən çox sərnişin “Sahil” stansiyasına daxil olub. Stansiyadan iki gecə 2 min 316 sərnişin istifadə edib.
Yarış həftəsində metropoliten gücləndirilmiş iş rejimi şəraitində çalışıb. Bu müddətdə metropolitendə sərnişin artımı müşahidə olunub. Ümumilikdə, daha əvvəlki tam iş həftələri ilə müqayisədə Bakı metropolitenindən istifadə edənlərin sayı Formula 1-in keçirildiyi həftədə 70 minə yaxın artıb. Həftə ərzində qatarların hərəkət qrafikində pozuntu halları qeydə alınmayıb.
Ümumən 2023-cü ilin APREL ayında Bakı metropoliteni 19 milyon 57 min 374 və yaxud orta hesabla gün ərzində 635 min 246 sərnişin daşıyıb. Bunlardan 18 milyon 517 min 164, yaxud gün ərzində 617 min 239 nəfəri ödənişli sərnişin təşkil edib.
Qeyd edək ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin sayının artması deməkdir. Pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə isə daha az sərnişin daşınıb. 2022-ci ilin aprel ayında metropolitendən 17 milyon 894 min 748 və ya gündəlik orta statistika olmaqla 596 min 492 sərnişin istifadə edib. 2019-cu ildə isə bu göstərici 21 milyon 507 min 584, yaxud orta gündəlik statistika üzrə 716 min 919-a bərabər olub.