z

Sərnişindaşıma 2019-2023

Sərnişindaşıma 2019-2023

09 IYUN / 2023 / 16:47

2023-cü ilin may ayı ərzində Bakı metropolitenindən 566 min 346 nəfəri ödənişsiz olmaqla, 20 milyon 48 min 294 sərnişin istifadə edib. Ay ərzində gün ərzində orta statistik hesabla 646 min 719 sərnişinə daşıma xidməti göstərilib. Ən çox sərnişin may ayının 1-də (779 min 124), ən az sərnişin ayın 14-də (349 min 78) daşınıb.
“COVID-19” pandemiyası elan edilənə qədər - 2019-cu ilin eyni dövrünə nəzərən 6.4 faiz az, ötən 2022-ci ilin mayına nəzərən 10.7 faiz çox sərnişin metropolitendən istifadə edib.
2023-cü ilin 5 ayı ərzində Bakı metropoliteni 96 milyon 784 min 143 sərnişin daşıyıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6.9 faiz az, 2022-ci ilin həmin dövrünə nəzərən 12.4 fazi çoxdur.