z

Bakı metropoliteninin 2023-cü ilin ilk yarısında sərnişindaşıması - İNFOQRAFİKA

Bakı metropoliteninin 2023-cü ilin ilk yarısında sərnişindaşıması - İNFOQRAFİKA

26 IYUL / 2023 / 17:31

 

2023-cü ilin iyun ayında Bakı metropolitenindən 525 min 292-si ödənişsiz olmaqla, 16 milyon 992 min 534 sərnişinə, yaxud orta statistik hesabla gün ərzində 566 min 418 nəfərə daşıma xidməti göstərilib.

Bu, “COVID-19” pandemiyasına qədər ən çox sərnişin daşınan 2019-cu ilin eyni dövrü ilə yanaşı, 2022-ci ilin iyun ayı ilə müqayisədə də daha az sərnişin daşınması deməkdir. İyun aylarının müqayisəsinə əsasən, 2019-cu ildən 6 faizə yaxın, 2022-ci ildən isə 4 faizə yaxın sərnişin metropolitendən istifadə edib.

2023-cü ilin iyununda ən çox sərnişin ayın 9-u (688 min 138 sərnişin), ən az isə ayın 28-də (352 min 559 səırnişin) daşınıb.

2023-cü ilin ilk yarısında Bakı metropolitenindən istifadə edənlərin sayı 108 milyon 776 min 677 nəfər təşkil edib. Bu rəqəm, 2019-cu ilin ilk 6 ayı ilə müqayisədə 6.6 faiz az, 2022-ci ilin eyni dövrünə nəzərən 9.5 faiz çoxdur.

Yarımilliklər aylar üzrə:

Yarımilliklərin cəmi üzrə: