z

Sərnişindaşıma ilə bağlı

Sərnişindaşıma ilə bağlı

12 SENTYABR / 2023 / 14:28

Bakı Olimpiya Stadionunda keçirilən konsert proqramı ilə əlaqədar metropoliten sentyabrın 2-dən 3-nə keçən gecə iş rejimini yarım saat artırıb. Həmin müddətdə metropolitendən 2318, o cümlədən “Koroğlu” stansiyasından 1533 sərnişin istifadə edib. Ümumiyyətlə, təxminən 19 mindən yuxarı konsert izləyicisi tədbirdən sonra, stadiona yollananları da nəzərə almaqla, 38 minə yaxın dinləyici metropolitendən sərnişin kimi istifadə edib.
Ümumi sərnişindaşıma ilə bağlı 2023-cü ilin avqust ayına gəldikdə, Bakı metropoliteni gün ərzində orta statistik hesabla 461 min 45 sərnişin olmaqla, 14 milyon 292 min 400 sərnişin daşıyıb. Metrodan ən çox sərnişin avqustun 31-də (535 min 233), ən az ayın 13-də (297 min 668) istifadə edib.
“COVID-19” pandemiyası elan edilənə qədər olan sonuncu ilin - 2019-cu ilin avqust ayı ilə müqayisədə 10.4 faiz az, həmçinin ötən - 2022-ci ilin eyni ayına nəzərən 1.3 faiz çox sərnişin metropolitenə daxil olub.
2023-cü ilin 8 ayı ərzində metropolitenin daşıdığı sərnişin sayı 138 milyon 447 min 320 sərnişin təşkil edib. Bu, 2019-cu və 2022-ci illərin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq, 7.9 faiz az və 7.85 faiz çox deməkdir.