z

İki stansiyada gediş haqqını QR biletlə də ödəmək olar

İki stansiyada gediş haqqını QR biletlə də ödəmək olar

06 SENTYABR / 2023 / 10:55

Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
“K Group” MMC-nin pilot layihəsinin davamı kimi, ödənişin yeni üsulu növbəti mərhələdə Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında tətbiq edəcək. Həmçinin, QR biletlə ödəniş imkanlarının mərhələli şəkildə Yaşıl və Qırmızı xətlərin stansiyalarında tətbiqi üzərində  texniki işlərə başlanılıb.