z

Sentyabr ayının sərnişindaşıma göstəriciləri

Sentyabr ayının sərnişindaşıma göstəriciləri

05 OKTYABR / 2023 / 09:53

2023-cü ilin sentyabr ayında Bakı metropolitenindən 18 milyon 343 min 214 sərnişin və yaxud gün ərzində orta statistik hesabla 611 min 440 sərnişin istifadə edib. Ən çox sərnişin sentyabr ayının 19-da (768 min 655), ən az isə ayın 3-də (355 min 508) daşınıb.
“COVID-19” pandemiyası elan edilənə qədər olan sonuncu ilin - 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 5.6 faiz az, həmçinin ötən - 2022-ci ilin eyni ayına nəzərən 0.1 faiz çox və yaxud 7 min 97 nəfər artıq sərnişin metropolitenə daxil olub.
2023-cü ilin 9 ayı ərzində metropolitenin daşıdığı sərnişin sayı 156 milyon 790 min 534 sərnişin təşkil edib. Bu, 2019-cu və 2022-ci illərin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq, 7.6 faiz az və 6.9 faiz çox deməkdir.