z

2023-cü ilin sərnişindaması

2023-cü ilin sərnişindaması

12 YANVAR / 2024 / 15:57

Sərnişindaşımada postpandemiya dövründən sonra artım müşahidə olunmaqdadır. Hesabat ilində Bakı metropoliteni 219 milyon 452 min 134 sərnişin daşıyıb. Bu sərnişinlərdən 6 milyon 248 min 588-i, yaxud 2.85 faizi güzəştli olmaqla daşınıb. 
Orta hesabla gün ərzində 601 min 239 sərnişinə daşıma xidməti göstərilib. 
Ən çox sərnişin noyabrın 24-də daşınıb – 867 min 674 nəfər. Bu isə Bakı metropoliteni tarixində bir gün ərzində daşınmış ikinci ən böyük göstəricidir.