z

2024-cü ilin birinci yarımilliyində metropolitendən 5.3 faiz çox sərnişin istifadə edib

2024-cü ilin birinci yarımilliyində metropolitendən 5.3 faiz çox sərnişin istifadə edib

03 IYUL / 2024 / 15:19

Bakı metropolitenində 2024-cü ilin birinci yarımilliyinin göstəricilərində də ümumi sərnişin artımı müşahidə olunur. Hesabat dövründə 113 milyon 195 min 216 sərnişin daşınıb. Onlardan 3 milyon 61 min 696-sı ödənişsiz metropolitenə daxil olan güzəştli sərnişinlərdir. Ümumən birinci yarım il ərzində orta statistik hesabla gün ərzində metropolitenə 621 min 952 sərnişin daxil olub.
Ümumilikdə, 2022-ci ilə nəzərən 12.2 %, 2023-cü illə müqayisədə isə 5.3 % daha çox sərnişin daşınıb. Lakin 2019-cu ilin ilk yarısı ilə müqayisədə 3 % az sərnişin daşınıb.
Son illərin sərnişin rekorduna sahib “Koroğlu” stansiyası 2024-cü ilin birinci yarımilliyində də liderliyi qoruyub saxlayır. Bütün sərnişinlərin 8.7 %-i və yaxud 9 milyon 827 min 14 sərnişin məhz bu stansiyadan yeraltı nəqliyyata daxil olub. Sərnişinlərin 8.2 %-i (9 milyon 269 min 269 sərnişin) “28 May” və 7.8 %-i (8 milyon 798 min 274 sərnişin) isə “20 Yanvar” stansiyasından istifadə edib.