z

Bəxtiyar Məmmədov: Bakı Metropoliteninin depo və park yollarının 70 faizinə dəmir-beton şpallar qoyulub

Bəxtiyar Məmmədov: Bakı Metropoliteninin depo və park yollarının 70 faizinə dəmir-beton...

24 MAY / 2023 / 15:35

Bakı Metropoliteninin “Nərimanov” elektrik deposunda müasir və texnoloji cəhətdən dövrün tələblərinə uyğun infrastruktur qurulub. Depoda aparılan işlər insan əməyindən asılılığı minimuma endirir.

Bunu AZƏRTAC-a açıqlamasında “Bakı Metropolitenin” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, depoda maşinistlərin və digər işçi personalın vaqonlara daxil olması üçün xüsusi guşələr qoyulub. Bundan başqa vaqonların ön hissələrində işlərin aparılması üçün estakadalar quraşdırılıb. Onun sözlərinə görə, qatar xətlərindəki taxta şpallar betonla əvəz olunub. Yenilik odur ki, beton şpallar yerli istehsaldır.

Qurum rəsmisi bildirib ki, depo və park yollarının 70 faizə yaxın hissəsi artıq dəmir-beton şpallar üzərindədir. Bu isə ölkə xaricində istehsal olunan ağac şpallardan asılılığı azaltmaqla yanaşı, daha uzunömürlü, Bakının geoloji və iqlim şəraitinə uyğundur.

AZƏRTAC

24.05.2023

Məqaləyə istinad: