z
12 SENTYABR / 2023 / 08:39
"Dünən metronun Bənövşəyi xəttində alternativ enerji mənbəyi kimi dizel generatorların işi təkrar yoxlanılıb, hər hansı böhran vəziyyəti üçün hazır vəziyyətdə saxlanılıb".
"APA-Economics" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda Bakı metrosunda 21 dizel generator var.
"Generatorların bir qismi şəhərin enerji sektorunun yarımstansiyalarında, Bənövşəyi xətt üzrə isə Bakı metrosunun elektrik yarımstansiyasında olmaqla quraşdırılır və müntəzəm olaraq sınaqları həyata keçirilir. Bakı metrosu baş verə biləcək hər hansı enerji böhranına daim hazırdır", - deyə metropoliten rəsmisi əlavə edib.
Apa.az
12.09.2023