z
12 SENTYABR / 2023 / 08:53
"Bakı Metropoliteni" baş verə biləcək hər hansı enerji böhranına daim hazırdır.
"Report" xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, dünən Bakı metrosunun “Bənövşəyi xətti”ndə alternativ enerji mənbəyi kimi dizel generatorların işi təkrar yoxlanılıb: “Hər hansı böhran vəziyyəti üçün daim hazır vəziyyətdə saxlanılır".
B. Məmmədov qeyd edib ki, hazırda Bakı metrosunda 21 dizel generator var: "Onların bir qismi şəhərin enerji sektorunun yarımstansiyalarında, “Bənövşəyi xətt” üzrə isə Bakı metrosunun elektrik yarımstansiyasında olmaqla quraşdırılıb və müntəzəm olaraq sınaqları həyata keçirilir. Bakı metrosu baş verə biləcək hər hansı enerji böhranına daim hazırdır".
Report.az
12.09.2023