z
20 APREL / 2015 / 00:00
"Bakı Metropoliteni" QSC sərnişinlərin metropolitendən istifadə qaydalarına münasibətini formalaşdıran yeni sosial yönümlü aksiyaya başlayıb.
Sərnişinlərin diqqətini cəlb edəcək forma və məzmunda işlənən fotoreklamlar metropolitendə hərəkət, davranış, nəzakət qaydalarına həsr olunub.
"Yarışa hazırlaşırsınız? Unutmayın ki, metro yarış meydançası deyil" başlıqlı sosial aksiyanın mövzusu ictimai nəqliyyatda mütaliə, yaşlı, əlil və uşaqlı sərnişinlərə yer verilməsi, stansiyalarda təhlükəsizlik qaydalarına əməl ounması və digər qaydaların təbliğinə həsr olunub.
Metropolitenin bütün stansiyalarında fotoreklamların quraşdırılması nəzərdə tutulub.