z

Yeni cihazlar tuneldə boyaq işinin keyfiyyətinə tam nəzarəti təmin edir

Yeni cihazlar tuneldə boyaq işinin keyfiyyətinə tam nəzarəti təmin edir

07 OKTYABR / 2015 / 00:00

Paytaxtın heç kəsə sirr olmayan mürəkkəb geoloji şəraiti metropolitendə korroziya ilə mübarizənin də miqyasına təsir edir. Bu mənada yeraltı yollarda tunel geyiminin müxtəlif korroziya əleyhinə boyaq maddələri ilə rənglənməsi mübarizənin effektlə aparılmasına təsir edir. «Bakı Metropoliteni» QSC rəhbərliyinin tapşırığı ilə dünya bazarını və bu sahədə yeniliklər təhlil edilərək, boyaq maddələrinin sınanması və tətbiqi xüsusi işlənmiş proqram əsasında aparılır. Yoxlamaların keyfiyyətini təmin etmək məqsədilə müvafiq texniki təchizat bazası yeni nəsil cihazları ilə əsaslı şəkildə yenidən qurulub.
Material üzərindəki örtüyün qalınlığının təyin edilməsi («PosiTector 200») ağac, beton, plastik, metallar, kompozit və bir çox digər materialların üzərindəki 3 fərqli örtük təbəqəsini eyni zamanda qiymətləndirməyə imkan verir.
Boyaq vurulmazdan tunel geyiminin metal səthi korroziya təsirlərindən təmizlənməlidir. Səth boyaq üçün təmizlənmədən cihazlardan biri ilə («PosiTector UTG M») divar qatının qalınlığı ölçülür. Boyama üçün təmizlənmədən sonra başqa bir cihaz («PosiTector 6000 SPG») səthin hamarlığı və korroziya qalıqlarının miqdarını təyin edir.
Mühit boyaya əsas təsir qüvvəsidir. Onu («PosiTector 6000 DPM») öyrənən cihaz «şeh nöqtəsi»ni, eləcə də havanın hərarəti, metal səthin öz hərarəti, nisbi rütubəti təyin etməyə imkan verir.
Maqnit üsulu ilə cihaz (maqnitli «PosiPen») boyağın qalınlığının təyin edilməsi, təkrar boyamanın həddi, kəmiyyəti, miqdarını təyin etmək üçün vacibdir. Beləcə, itkilərin qarşısı alınır, keyfiyyət tam təmin edilir və effektivliklə boyağın uzunmüddətli təsiri təmin edilir.
Hələ qurumayan boyanın qalınlığının (təmassız və yaş ölçmə üçün «Elcometer» cihazları, «PosiTector PC») ölçülməsi keyfiyyəti və israfın, axmanın, yayılmanın, yaxud az vurulmanın qarşısını almaq üçün vacibdir.
Şana üsulu ilə yoxlamalar (2 tipdə «Elcometer» alətləri) materialın üzərinə çəkilmiş boyanın bir dəqiqə ərzində ölçmələrinə şərait yaradır, boya püskürməsi sistemində tozlanma prosesini yanma həddinə qədər tənzimləyərək, tullantıların və material itkisinin qarşısının alınmasına kömək edir.
Boyağın hopma keyfiyyəti (avtomatik «PosiTest», 2 tipdə «Elcometer» cihazları) mexaniki və avtomatik yolla yapışma keyfiyyətini, boyağın istismar müddətini təyin etməyə fürsət verir.
Yapışmanın etibarlığını təyin etmək üçün daha bir neçə üsuldan istifadə edilir. Boyama gündəlik proses olduğundan, daim əl altında olan testerlər («Elcometer» və mexaniki qopartma - «Pull-off) yapışma dərinliyini və həddini ani hesablamağa kömək edir.
Tam qurumuş boya səthi müxtəlif diapazonlu cihazlarla («PosiTector 6000 FN3») lazım olan dəqiqliyi əldə etmək mümkündür.
Əldə olunmuş məlumatları və nəticələri vaxt-tarix parametrləri saxlanmaqla istər naqilsiz qaydada, istərsə də naqillə kompüterin yaddaşına köçürülür. Bu isə onun arxivləşdirilməsinə və ölçmələrin nəticəsini toplayaraq, elmi qaydada öyrənib, təhlil etməyə imkan verir.