z

Uşaqlara Yeni il hədiyyəsi

Uşaqlara Yeni il hədiyyəsi

07 YANVAR / 2016 / 00:00

"Bakı Metropoliteni" QSC korporativ sosial məsuliyyət çərçivəsində Şağan qəsəbəsindəki 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün "AtaSığorta" ASC ilə birlikdə ilin ilk xeyriyyə aksiyasını - Yeni il bayramını təşkil edib.
Bayram şənliyində uşaqlar Yeni il təntənələrinin əsas personajları sayılan Şaxta baba və Qar qızla, eləcə də nağıl qəhrəmanları ilə birlikdə əyləniblər. Uşaqlara müxtəlif sirk nömrələri təqdim edilib. Tədbir zamanı ən yaxşı mahnı və şeir müsabiqəsi keçirilib.
Şənlik uşaqlara bayram hədiyyələrinin paylanması ilə başa çatıb.