z

Stansiyalarda milli və dünya musiqisinin klassik nümunələri səsləndi

Stansiyalarda milli və dünya musiqisinin klassik nümunələri səsləndi

10 MAY / 2017 / 00:00

«Bakı Metropoliteni» QSC-nin növbəti sosial layihəsi gerçəkləşdi. Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və 10 may - Gül Bayramı münasibətilə sərnişin axını çox olan stansiyalarda musiqili proqram təşkil olundu. Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə təşkil olunan konsert proqramı Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivin ifasında olub. “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində sərnişinlərə Azərbaycan folkloru və milli musiqi sənətinin seçilən parçaları və dünya musiqisinin klassik sənət nümunələri təqdim olunub.