z
30 MAY / 2017 / 00:00
İşçilərin sosial mənafeyinə xüsusi diqqət ayıran «Bakı Metropoliteni» QSC-də 28 May - Respublika Günü ilə əlaqədar tədbirlər planı həyata keçirilib.
İşçilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşkilatçılığı ilə mayın 27-dən 29-dək Azərbaycanın turizm məkanı kimi tanınan Nabranda yerləşən «Xəzər» ailəvi istirahət zonasına, həmçinin metropolitenin «Bilgəh» istirahət zonasına xüsusi güzəştli yollayışlar verilib. Bu yollayışlardan ümumilikdə 81 nəfər istifadə edib.
Bunlardan savayı, metropolitençilər üçün mütəmadi olaraq mədəni istirahət proqramı da təşkil edilir. Bu dəfə 300 işçiyə Azərbaycan Dövlət Musiqili Teatrında “Toya bir gün qalmış” tamaşasına biletlər təqdim edilib. Metropolitençilər bu səhnə əsərində sevimli aktyorlar - Azərbaycanın xalq artistləri Afaq Bəşirqızı və Şükufə Yusupova, əməkdar artistlər Novruz Qartal, Emma Məlikova, Əzizağa Əzizovu izləmək fürsəti əldə ediblər.
Qeyd edək ki, «Bakı Metropoliteni» QSC-nin MİHİ ilə birgə təşkilatçılığı ilə yaz-yay mövsüm boyunca işçilərin metropolitenin «Bilgəh» sanatoriya-profilaktoriyası və istirahət zonasında istirahəti də təşkil edilir. May ayında sanatoriya-profilaktoriyaya ilk yollayışlardan 54 nəfər istifadə edib. Bu proqram payız aylarına qədər davam etdiriləcək.