z

15 İyun - Milli Qurtuluş Günüdür

15 İyun - Milli Qurtuluş Günüdür

15 IYUN / 2017 / 00:00

Bu gün - xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir.
Xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi adından xalqımızı səmimi qəlbdən təbrik edir, müstəqil dövlətimizin firavan və parlaq gələcəyi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzu edirik.