z

Ekologiya və sanitariya normaları Bakı metrosunun simasının müəyyən edir

Ekologiya və sanitariya normaları Bakı metrosunun simasının müəyyən edir

31 YANVAR / 2024 / 15:12

Bakı metropoliteni sanitariya-gigiyena və təmizlik baxımından dünya metropolitenləri arasında ən aparıcı yerlərdədir. Həmçinin ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitələri sırasında olsa belə, bu tələblərin və standartların yeni keyfiyyət mərhələsinə qədəm qoyması baxımından metropoliten kifayət qədər böyük işlər görür. Görülən işlərin təşkilati səviyyəsi, miqyası, yanaşma tərzi də əyani olaraq bunu nümayiş etdirir.

Ekoloji mühitə “yaşıl” dəstək
Yaşıllaşdırma işinin təşkilində cari və əsaslı tədbirlər il ərzində planlaşdırılmış qaydada təmin edilir. Yaşıllaşdırılmış ərazilərə qulluğun təmin edilməsi və nəzarət mexanizləri gündəlik həyata keçirilir. Bu mənada son illər yaşıllıqlar adasına çevrilmiş və ekoloji mühiti əsaslı dəyişmiş “Nərimanov” elektrik deposu iki böyük və 4 kiçik park, xidməti sahələrin ətrafı, portal, yük həyəti, “Bakmil” stansiyasının ətrafı, idarə aparatının binası, stansiya və obyektlərin ərazisi, “Bilgəh” sağlamlıq mərkəzinə “Xocəsən” elektrik deposu kimi nəhəng ərazi də əlavə olunub.
Təkcə “Nərimanov” elektrik deposunda 2 mindən artıq ağaca, eləcə də müxtəlif növ gül və kollara qulluğu hər mövsümün tələblərinə uyğun edilir. 2023-cü ildə buradakı 3-cü park ərazisində 2 küknar, 14 Eldar şamı, 3 limonotu, müxtəlif qızılgül kolları, yasəmən və s. daxil olmaqla 11 növdə 673 ağac və kol əkilib, 40 kvadratmetr qazon salınıb.
“Xocəsən” elektrik deposu isə artıq 1500-ə yaxın ağacın, həmçinin yüzlərlə gül və kolların əhatəsində olan yaşıllıq zonasına çevrilməkdədir. Bu ərazi vaxtilə bataqlıq, çirkab suları, məişət və sənaye tullantılarından ekoloji cəhətdən ən qeyri-münasib ərazi kimi xəstəliklər mənbəyi idi. Hazırda yeniləşmə prosesi deponun layihəsinə uyğun davam etdirilir. Ərazidən kəskin iy və qoxu tamamilə aradan qaldırılıb. 2023-cü ilin may ayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının iştirakı ilə keçirilən ağacəkmə aksiyasında mövsümün və ərazinin torpaq təbəqəsinin quruluşuna uyğun olaraq 200 zeytun ağacının əkilməsi xüsusi qeyd edilə bilər. Zeytun ağaclarının küləkdən qorunması üçün torpağa betonlanmış 15 ədəd dəmir boru vasitəsilə 300 metr qoruyucu tirlər qoyulub. Depo ərazisində bundan əlavə daha 5 zeytun və 14 küknar ağacı olmaqla, daha 21 ağac və kolluqdan ibarət yaşıllıq zonası yaradılıb.
“Heydər Əliyev İli” çərçivəsində “Neftçilər” stansiyası yaxınlığında yerləşən şaxta ərazisində salınmış uşaq əyləncə və idman meydançası zonasında isə 45-i çinar olmaqla, 100-ə yaxın ağac və kol əkilib, yaşıllıqlar salınıb. Onun gündəlik qulluğu məqsədilə naryad təyin edilib. İl ərzində “Bakmil” stansiyası ətrafında da yaşıllaşdırma işləri davam etdirilib. Burada 175 kvadrat metr qazon əkilib və ərazidəki ağaclara aqrotexniki qulluq göstərilir. “Nərimanov” elektrik deposunda Mühafizə və yanğın təhlükəsizliyi xidməti binasının önündəki parkda da 40 kvadratmetr ot örtüklü sahə salınıb.
Qeyd edilənlərə əlavə olaraq, 2023-cü ildə “Koroğlu” stansiyasındakı “Yaşıl ada” dekorativ bitkilər guşəsində 35 sarmaşıq yasəmən və 15 dekoratov qızılgül, “8 Noyabr” stansiyası ərazisində əkilən ağaclar, “Elmlər Akademiyası” stansiyasının girişində palma ağacları zonasında 9 həmişəyaşıl şümşad və 40 kvadratmetr ot örtüklü sahə salınıb. “20 Yanvar” stansiyası ərazisində 112 kvadrat metr ot örtüklü sahə yaradılıb. “28 May” stansiyasının ikinci çıxışı zonasında 13 yeni kol ağacı əkilməklə, 130 kvadrat metr ot örtüklü ərazi salınıb.

Təmizliyin meyar göstəricisi vaqonların 
Vaqonların təmizlənməsi gecə dayanma və gündüz qatarlar texniki baxışa daxil olduqca aparılır. Növbə ərzində cari yuma sahəsində 30-33 qatar olmaqla, 2023-cü il ərzində 23 min dəfəyə yaxın qatarların təmizliyi işi aparılır. Təmir sahəsində isə gün ərzində 1-2 qatar olmaqla, il ərzində təqribən 1000-1400 qatar təmizlənərək təhvil verilib.
Yenidən qurulmuş üfürmə kamerasında gün ərzində 1 qatar olmaqla təqribən 212 qatar təmizlənir. Noyabr ayından isə burada da növbəli iş rejimi təmin edilib və qrafik əsasında həftədə 7 qatar olmaqla ümumilikdə 61 qatar yuyularaq, vaqonaltı hissələr üfürülüb.
Vaqonyuma sahəsi tamamilə yenidən qurulduqdan sonra işin keyfiyyəti də artırılıb. Yuma dəzgahından gün ərzində 6-8 qatar olmaqla, il ərzində təqribən 2190-2920 qatar çıxarılır.
Bənövşəyi xətdə həftə ərzində xətdə olan 6 qatar 2 dəfə yuyulur. Ümumi hesabatda burada 2023-cü il ərzində 572 qatar təmizlənib, yuyulub və təhvil verilib.
“Xocəsən” elektrik deposunda təmirdən sonra həftə ərzində 1-2 qatar olmaqla il ərzində təqribən 52-104 qatarı vaqon yuyucuları iç və çöl hissələrdən olmaqla yuyulub təmizlənib.
Xidmət camaşırxanada xüsusi işçi geyimlərinin yuyulmasını təmin edir. İl ərzində “Nərimanov” deposu ərazisində yerləşən bütün xidməti sahələrdən daxil olan geyimlər yuyularaq qurudulub. Yay mövsümündə isə “Bilgəh” sağlamlıq mərkəzindən gətirilən yataq və hamam dəstləri, mətbəx və otaq örtükləri yuyularaq təhvil verilib.