z

Uşaqlara Bəhram Bağırzadənin kitabları hədiyyə olunub

Uşaqlara Bəhram Bağırzadənin kitabları hədiyyə olunub

20 MART / 2024 / 15:26

Novruz bayramı layihələrinin daha bir ənənəsi azyaşlı sərnişinlərə kitabların hədiyyə edilməsidir. Günün ən yaddaqalan məqamlarından birinə çevrilən bu tədbir çərçivəsində uşaqlar üçün kitabların müəllifi kimi də məşhurlaşmış, “Parni iz Baku” şən və hazırcavablar klubunun veteranı Bəhram Bağırzadə ilə görüş keçirilib.
"İçərişəhər" stansiyasının vestibülündə sərnişinləri Novruz ovqatlı, dadlı-duzlu zarafatları ilə salamlayan Bəhram Bağırzadə “Bakı Metropoliteni” QSC-nin təqdimatında qələmə aldığı silsilə kitablarından Novruz bayramına, Şuşaya həsr olunmuş və digər mövzularda növbəti kitablarını imzası ilə hədiyyə edib.
Müəllif uşaqlarla şəkil çəkdirib və onların bayramını təbrik edib, şən zarafatları ilə sərnişinlərə əyləncəli anlar bəxş edib.