z
21 MART / 2024 / 14:50
Bakı metropoliteninin “İçərişəhər” stansiyasında sərnişinlər üçün təşkil edilmiş Novruz şənlikləri zəngin proqramla davam etdirilib. Stansiyanın platformasında nümayiş olunan sərgidə Sovet metro vaqonları sənayesinin fərqli tarixi dövrlərinin məhsulları nümayiş olunur. 1934-cü ilin sonunda istehsal olunmuş “A” tipli SSRİ-nin ilk metro vaqonu sərginin ən nadir eksponatıdır. Bu və sərgidə nümayiş olunan 1950-ci illərin istehsalı “Q” tipli vaqon 1960-cı illərin sonunda yol infrastrukturunu müəyinə edən laboratoriyanın tərkib hissəsi olub. “E” tipli üçüncü vaqon isə 1959-cu ilin sonlarından istehsal olunur və 2009-cu ildə Bakı metropoliteni xətlərindən onun sonuncu nümunəsi çıxarılıb.
Vaqonlar mart ayının 24-ü saat 22:00-a qədər stansiyada olacaq.
Günün zəngin proqramlarının daha biri də Əməkdar artist Bəhram Bağırzadənin qələmə aldığı kitabları öz imzası ilə azyaşlı sərnişinlərə təqdim etməsidir. Onun şən zarafatları, çəkilən foto və videolar uşaqlar üçün bir ömürlük xatirəyə çevrilib.
Günün əsas proqramı Bahar qızı, Keçəl və Kosanın səhnəcikləri olub. Onların təqdimatında 2 saat davam edən proqramda sirk ustalarının əyləncəli şousu uşaqların unudulmaz anlar bəxş edib.
Tədbirin gedişində müsabiqə keçirilib və ümumiyyətlə, bütün iştirakçı azyaşlı sərnişinlərə müxtəlif fiqurlu şarlar və digər hədiyyələr paylanılıb.