z

28 May - Müstəqillik günü

28 May - Müstəqillik günü

27 MAY / 2024 / 15:51

Şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 May – Müstəqillik Günü xalqımız üçün müqəddəs gün olmaqla yanaş,  hər bir Azərbaycan vətəndaşının qürur günüdür. 106 il əvvəl  Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi.
Milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsinə hesablanmışdı. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyən Azərbaycan  1991-ci ildə Sovet İmperiyasının dağılması ilə yenidən öz müstəqilliyini elan etdi. Bununla  Azərbaycan Respublikası müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşsə belə, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz xilas olaraq, sabit inkişaf yoluna qədəm qoydu.
Zəfərlə nəticələnən 44 günlük Vətən savaşı, torpaqlarımızın suverenliyinin tam bərpası,  ölkəmizin əldə etdiyi ardıcıl nailiyyətlər xalqımızın iradəsi, ordumuzun şücaəti və bu xalqın yenilməz lideri, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin adı ilə bağlıdır. Bu xüsusda Qazaxın geri qaytarılan 4 kəndinə nəzarətin ölkəmizə keçməsi də sülhə doğru atılan əhəmiyyətli addımdır. 
Bu tarixi gündə ölkəmizin ərazi bütövlüyünün qorunması naminə şəhid olan qəhrəman övladların unudulmaz xatirəsini, azadlıq qurbanlarımızla yanaşı, ehtiramla yad edirik. Qoy Vətən övladlarının canı, qanı bahasına çətinliklərlə əldə edilən müstəqilliyimiz əbədi olsun!
Müstəqillik Günü münasibətilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi bütün xalqımızı səmimi qəlbdən təbrik edir, ölkəmizə firavan gələcək, əmin-amanlıq arzulayır.
Bayramınız mübarək !