z

"Bakmil" stansiyasına hərəkət cədvəli yenilənib

"Bakmil" stansiyasına hərəkət cədvəli yenilənib

19 IYUN / 2024 / 11:34

İyun ayının 20-də Bakı metropolitenində qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq. Bununla əlaqədar "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.
Cədvəllə "Bakı Metropoliteni" QSC-nin rəsmi internet saytında https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli  bölməsində tanış olmaq mümkündür.
Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.
Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.