z

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tari...

30 IYUN / 2024 / 22:00

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib.

Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib:

  • Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;
  • Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;
  • Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik.

Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib (əlavə olunur). Lakin Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.

 

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi

Marşrut

 

Məsafə

(dövrün uzunluğunun yarısı)

Tarif

(manat)

Şəhərdaxili

(rayondaxili)

məsafədən asılı olmayaraq

0,50

 

 

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi

Bir gediş üzrə

0,50 manat

 

Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri

Marşrut

Məsafə

(dövrün uzunluğunun yarısı)

Tarif

(manat)

I

II

III

Şəhərətrafı və qəsəbələrarası

15 km-dək (15 km daxil olmaqla)

0,50

15 km-dən 30 km-dək (30 km daxil olmaqla)

0,60

30 km-dən 40 km-dək (40 km daxil olmaqla)

0,70

40 km-dən 45 km-dək (45 km daxil olmaqla)

0,80

45 km-dən 50 km-dək (50 km daxil olmaqla)

1,00

50 km-dən yuxarı

1,10

 

Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri (əks istiqamət üzrə eyni olmaqla)

İstiqamətlər

Tariflər (ƏDV daxil, manatla)Ə

1.

Bakı-Naxçıvan / Naxçıvan-Bakı

70.00

2.

Naxçıvan-Gəncə / Gəncə-Naxçıvan

60.00

3.

Bakı-Gəncə / Gəncə-Bakı

84.00

4.

Bakı-Qəbələ / Qəbələ-Bakı

65.00

5.

Bakı-Füzuli / Füzuli-Bakı

78.00

6.

Bakı-Zəngilan / Zəngilan-Bakı

83.00

7.

Bakı-Lənkəran / Lənkəran-Bakı

65.00

8.

Bakı-Zaqatala / Zaqatala-Bakı

84.00

 

Mənbəyə istinad: İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib