z

Bakı metropoliteni “Metro” Beynəlxalq Assosiasiyasının illik müzakirələrində iştirak edib

Bakı metropoliteni “Metro” Beynəlxalq Assosiasiyasının illik müzakirələrində iştirak edib

11 IYUL / 2024 / 10:41

Belarus paytaxtı Minskdə “Bakı Metropoliteni” QSC-nin də daxil olduğu “Metro” Beynəlxalq Assosiasiyasının Şura iclası və üzvlərinin ümumi yığıncağı keçirilib. Görüşdə Bakı metropolitenini istismar üzrə baş mühəndis Azad Mustafayev təmsil edib.
Tədbirdə iştirakçılara Assosiasiyanın gördüyü işlərlə bağlı hesabat təqdim olunub. Eyni zamanda 2024-cü il üçün iş planına düzəlişlər edilib, maliyyə planı təsdiq olunub, prioritet fəaliyyət istiqamətləri, perspektivlər müzakirəyə çıxarılıb və digər təşkilati məsələlərə baxılıb. 
Bu günlərdə 40 illiyi qeyd edilən Minsk metropoliteninə təbrik ünvanlanıb. Tədbirdə müzakirələrdə iştirak edən Azad Mustafayev Bakı metropoliteninin fəaliyyəti və digər məsələlər ətrafında fikirlərini bildirib. O, 40 illik yublileyi münasibətilə Minsk metropoliteni kollektivinə “Bakı Metropoliteni” QSC-nin təbrikini çatdırıb. Bakı metropolitenində bir sıra sahələr üzrə tətbiq edilən yeniliklər iştirakçıların marağına səbəb olub. Azad Mustafayev həmçinin ikili görüşlər də keçirərək, qarşılıqlı əlaqələrin inkişafı, təcrübə mübadiləsi ilə bağlı təkliflər verib.
Tədbir zamanı iştirakçılara Minsk metropoliteninin yeni stansiyaları və istismar sahələri ilə tanışlıq təşkil edilib. “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi həmçinin Böhran vəziyyətlərində idarəetmə mərkəzinin fəaliyyəti ilə tanış olaraq fikir mübadiləsi aparıb.