z
02 AVQUST / 2024 / 15:22
Bakı metropoliteninin “Əlçatan metro” layihəsindən istifadə edənlərin sayı artan templə davam edir. 2024-cü ilin iyul ayında 86 sərnişin bu xidmətdən istifadə edib. Layihə üzrə 55 sərnişinin daşındığı 2023-cü ilin eyni ayı ilə müqayisədə 56,4 % daha çox sərnişin daşınıb.
Qeyd edilməlidir ki, 2019-cu ildə istifadəyə verilmiş “Əlçatan metro” layihəsi üzrə əvvəlki illərin iyul aylarının müqayisəsində bu, ən yüksək göstəricidir (2019-cu ildə 59, 2020-ci ildə 6, 2021-ci ildə 25, 2022-ci ildə 64 sərnişin).
Ümumiyyətlə, cari il ərzində 680 sifariş daxil olub, cəmi 9 nəfər sonradan sifarişi ləğv edib və 671 sərnişin layihə üzrə metropoliten sərnişini olub. 2023-cü ilin 7 ayı ərzində bu layihə üzrə 477 sərnişin daşınıb. İki ilin 7 aylıq dövrü müqayisə edilərsə, artım 40,7 % təşkil edib.
“Əlçatan metro” layihəsinə əlil və uşaq arabaları, qoltuqaltı ağac və əsa ilə hərəkət edənlər, yaşlı və ahıllar, əli yüklü hamilə xanımlar, bir sözlə, metropolitendən istifadə imkanları bu və digər formada müvəqqəti və ya daimi məhdud sərnişinlər müraciət edə bilərlər. Sifariş ən azı 1 saat əvvəlcədən olmaqla, (+994 50) 268 00 65 mobil rabitə xidmətinə zəng və ya ismarıc, yaxud mobil əlavə vasitəsilə qəbul olunur.