z

Metropolitençilər Zəfər parkında şəhidlərimizin əziz xatirəsini anıblar

Metropolitençilər Zəfər parkında şəhidlərimizin əziz xatirəsini anıblar

27 SENTYABR / 2024 / 17:01

27 Sentyabr – Anım Günü ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri Bakıda inşa edilən Zəfər parkında olublar.
Metropolitençilər xatirə lövhəsinin önünə gül dəstələri düzərək, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad ediblər.
Vətən müharibəsinin başlandığı 2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Anım Günü kimi qeyd edilir.