z

Qatar maşinisti olmaq istəyənlərin nəzərinə!

Qatar maşinisti olmaq istəyənlərin nəzərinə!

15 APREL / 2025 / 13:36

 “Bakı Metropoliteni” QSC qatar maşinisti peşəsi üzrə kişi və qadın namizədlərin növbəti seçimini elan edir. 
Tələblər: 
yaş - 22-30 arası;
təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı;
kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).
Namizədlər necə seçiləcək
İlkin seçim müsahibə və psixoloji testlər vasitəsilə aparılacaq. 
Uyğun namizədlər zəruri tibbi yoxlamalardan keçiriləcək.
Bütün tələblərə cavab verən namizədlər 6-7 ay davam edən nəzəri və praktik tədris prosesinə cəlb olunacaqlar.
Qeydiyyat üçün Bakı metropoliteninin “metro.gov.az”- rəsmi internet saytının “Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” yarımbölməsindəki anket formasını doldurmaq lazımdır. 
Ərizə formasında “işləmək istədiyiniz işin adı” xanasına “maşinist” qeydinin yazılması mütləqdir! 
Müraciət tarixi: 15 - 30 aprel 2025 
Diqqət: Ərizələr proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq xanada “maşinist” qeydi yazılmayan ərizələr “CV bankına” daxil olmur.