z
05 IYUN / 2025 / 16:07
Müqəddəs Qurban bayramı İslam dininin ən ali dəyərlərini – mərhəmət, şəfqət və paylaşmağı təcəssüm etdirən, mənəvi zənginliyi ilə seçilən bayramlardan biridir. Bu bayram insanları birliyə, həmrəyliyə və mənəvi saflığa çağırır, cəmiyyətimizə xeyirxahlıq aşılayır.
Xalqımız hər il bu mübarək günü dini dəyərlərə və milli adət-ənənələrimizə uyğun olaraq böyük sevgi və ehtiramla qeyd edir. Qurbanlar kəsilir, ehtiyacı olanlara yardım edilir, mərhəmət və paylaşma duyğusu hər evdə, hər qəlbdə yaşanır. Xüsusilə həssas təbəqələrə – aztəminatlı ailələrə, uşaq və qocalar evlərinə göstərilən diqqət bu bayramın humanist mahiyyətini daha da artırır.
“Bakı Metropoliteni” QSC-nin kollektivi adından xalqımızı, soydaşlarımızı və bütün İslam aləmini bu mübarək bayram münasibətilə ürəkdən təbrik edir, kəsilən qurbanların, edilən duaların qəbul olunmasını diləyirik.
Qoy bu bayram hər evə sevinc, ruzi-bərəkət və xoş xəbərlər gətirsin!
Bayramınız mübarək!