z
14 IYUN / 2018 / 00:00
15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, "Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, metropoliten gücləndirilmiş iş rejimində çalışacaq.
Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.