z

15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramıdır

15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramıdır

14 IYUN / 2018 / 00:00

Bu gün - xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günü və milli-mənəvi həmrəyliyin təntənəsini nümayiş etdirən mübarək Ramazan bayramıdır.
1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş günü, Azərbaycan xalqının sarsılmaz mübarizəsinin tarixidir.
Şanlı tariximizə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü və mübarək Ramazan bayramı münasibəti ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi adından xalqımızı səmimi qəlbdən təbrik edirik.
Qoy, bu əziz bayramlar xalqımıza sağlamlıq, dinclik, bolluq və ruzi-bərəkət gətirsin!

Bayramınız mübarək olsun!