z

“Memar Əcəmi” stansiyasının keçidində yenilənmə işləri tamamlanıb

“Memar Əcəmi” stansiyasının keçidində yenilənmə işləri tamamlanıb

19 FEVRAL / 2026 / 09:53

Bakı Metropoliteninin Yaşıl xəttinin “Memar Əcəmi” stansiyasının keçidində yenilənmə işləri tamamlanıb.
Stansiyanın ikinci vestibül keçidi ötən ay başlanılan təmirdən sonra istifadəyə verilib.
Keçiddə divar örtükləri tam yenilənib, döşəmədə mozaika qranitlə əvəz olunub. İstismar müddəti bitmiş köhnə üzlüklər sökülərək daha dayanıqlı mərmər analoqları ilə dəyişdirilib.
Beləliklə, keçid daha təhlükəsiz və rahat olub, təmirə görə bağlanmış 4-cü çıxış isə yenidən sərnişinlərin istifadəsindədir.