z

Bakı metropoliteni fevralın 26-da gücləndirilmiş rejimdə işləyəcək

Bakı metropoliteni fevralın 26-da gücləndirilmiş rejimdə işləyəcək

26 FEVRAL / 2026 / 15:45

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bakı Metropoliteninin kütləvi tədbirlər planına uyğun olaraq, “Ana harayı” abidəsinin yaxınlığında yerləşən “Xətai”, həmçinin “Cəfər Cabbarlı” və “28 May” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək.
Stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Gün ərzində qatarlar payız-qış mövsümünün iş günləri qrafikinə uyğun hərəkət edəcək.