z

Mülki-müdafiə təlimi keçirilib

Mülki-müdafiə təlimi keçirilib

23 APREL / 2019 / 00:00

"Bakı Metropoliteni" QSC-də 2019-cu ilin mülki-müdafiə üzrə tədbirlər planına uyğun olaraq texnoloji korpusda nümunəvi taktiki-təlim məşğələ keçirilib. Təlimin əsas məqsədi fövqəladə hadisələrin baş vermə səbəbləri, belə halların qarşısının alınması, görülməli tədbirlər, hadisə zamanı xilasetmə işlərinin təşkili, nəticələrin aradan qaldırılması ilə bağlı işçi heyətin hazırlığını, praktiki vərdişləri və biliklərini yoxlamaq, müvafiq tövsiyələr verməkdir.
Təlimdə işarəvermə və rabitə, mühafizə, elektrik təchizatı, informasiya və kommunikasiya texnologiyaları xidmətlərinin, eləcə də tibb işçilərindən ibarət qruplar və QSC-nin rəhbər heyəti iştirak edib.
Məşğələlərdə fövqəladə hadisələr zamanı verilən məlumatlar əsasında işçilərin təhlükəli ərazidən təxliyə edilməsi, qəza yerində kəşfiyyatın təşkili, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi tədbirləri şərti olaraq nümayiş etdirilib.
Sonra ekstremal hallar zamanı istifadə olunan avadanlıqlar və geyim əşyaları ilə tanışlıq olub. Təlimin yekununda qaydalar, təxliyə planına ardıcıllıqla əməl edilməsi ilə bağlı müzakirələr aparılıb.
"Bakı Metropoliteni" QSC-nin mülki-müdafiə qərargahının rəhbərliyi taktiki təlim zamanı bütün birləşmiş dəstə və manqaların fəaliyyətini yüksək qiymətləndirib.