z
14 IYUN / 2020 / 17:50
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdəndir.
1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq, xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, müstəqilliyimizin, dövlətçiliyimizin təhlükə altında olduğu çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, o dövrün hadisələrini gözləri ilə görən insanlar üçün 15 iyun xilas, Azərbaycan xalqının azadlıq uğrunda mətin mübarizəsinin və yeni inkişaf mərhələsinin, ən əsası, əbədi və sarsılmazlığının təməli qoyulan dövlətçilik ənənəsinin tarixidir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi bayram münasibəti ilə xalqımızı səmimi qəlbdən təbrik edir, müstəqil dövlətimizə rifah və yüksəliş, həmvətənlərimizə firavan və parlaq gələcək arzu edir.