z

12 noyabr konstitusiya günüdür

12 noyabr konstitusiya günüdür

12 NOYABR / 2020 / 11:40

12 noyabr 1995-ci il xalqımız və dövlətimiz üçün milli dövlətçilik məfkurəsinin qəti qələbə tarixidir. Bu qələbə çoxəsrlik dövlətçilik ənənəsi olan bir xalq üçün istiqlaliyyət və ərazi bütövlüyünün, dövlətçiliyin, beynəlxalq sistemdə suveren hüquq subyekt kimi tanınmağın əsasını qoymuşdur. Ulu öndər Heydər Əliyev xalqın istək və amalına konstitusion istiqamət verərək, milli tariximizi siyasi intibah mərhələsinə qaldırdı və nəticədə ictimai- mədəni və iqtisadi həyatda plüralizm mühiti formalaşdı. Konstitusiyamız dövlətin hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların hüquq və azadlıqlarına, mənafelərinə, azad cəmiyyətin aparıcı qüvvəsi olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən müzəffər ordumuz qələbə marşının sədaları altında ən yeni tariximizin şanlı səhifələrini yazdı. “Bakı Metropoliteni” QSC-nin kollektivi bu tarixi günlərdə Ali Baş Komandanımızın başçılığı ilə birlik nümayiş etdirən və gələcək zəfərlərə addımlayan xalqın bir parçası, ordumuzun dəstəkçisi olmaqdan qürur hissi keçirir.
Dövlət quruculuğumuzun prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, mükəmməl və mütərrəqqi Konstitusiyamız işğaldan azad edilmiş bütün ərazilərimizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradaraq, onun inkişafına güclü təkan verəcək!

Konstitusiya gününüz mübarək, əziz həmvətənlər!