z

“E” tipli vaqon

“E” tipli vaqon

03 NOYABR / 2025

1967-ci il noyabrın 6-da təntənəli şəkildə açılmış Bakı metropolitenində “E” (“Ye”) tipli qatarlar hərəkət edib. Onların istehsalına 1956-cı ildə Mıtişşi Vaqonqayırma Zavodunda başlanılıb və 1959-cu ilin sonlarında ilk iki sınaq vaqonu hazırlanıb. Əvvəl Tbilisidə,daha sonra isə Bakıda metropoliten işə salındığından bu zavodun istehsal gücü artırılıb. 1967-ci ildə Mıtişşi zavodundan Bakıya ehtiyat hissələri ilə birlikdə 29 vaqon göndərilib. Ümumən, 1959-1969-cu illər ərzində cəmi 824 ədəd E tipli vaqon istehsal edilib. 2000-ci illərin əvvəlinə Bakı metropoliteninə gətirilən “E” tipli 47 vaqonun hamısı xətdən çıxarılıb. 2006-cı ilədək Bakı metropoliteninin ilk qatarının tərkibinə daxil olan yalnız bir vaqon qalmışdı və o, muzey eksponatı kimi saxlanılır.
1969-cu ilin sonlarında “E” tipli vaqonların istehsalı dayandırıldı və Mıtişşi zavodunda gücləndirilmiş arabacıqlı və salon hissəsi yeni laylı plastiklə işlənmiş “EJ” tipli vaqonların istehsalına keçildi.
Kütləvi istehsalı 1979-cu illərə qədər davam edən yeni tipli vaqonların 104 ədədi Bakı metropoliteni xətlərində istismar edilib. Onların sonuncusu metropoliten xətlərindən 2009-cu ildən çıxarılıb.