z
Əsas vəzifəsi: eskalatorların əsaslı təmiri, avadanlıqların təmiri, ehtiyat hissələrinin və metropolitenin daxili ehtiyacları üçün müxtəlif tərtibatların hazırlanması məqsədilə təsis edilib.
Ünvan: AZ 1062 Bakı şəhəri, Ə.Qayıbov küç. 11
Yaranma tarixi: 1973-cü ildə elektromexanika (indiki - elektrik təchizatı) xidmətinin təsərrüfat sahəsi kimi fəaliyyətə başlayıb. Bakı metropoliteni rəisinin 31 iyul 1980-ci il tarixli 120 saylı əmrinə əsasən, metropolitenin ayrıca struktur vahidinə çevrilib.
Sahələri:
• Eskalatorların təmiri və digər avadanlıqların hazırlanması və quraşdırılma sahəsi;
• Mexaniki-çilingər sahəsi;
• Hermetik darvazaların istismar sahəsi;
• Yeni təkər cütlərinin formalaşdırılması sahəsi;
• Reklam işinin təşkili və quraşdırılması sahəsi;
• Maşın və mexanizmlərin təmiri sahəsi;
Vəzifələri:
• Eskalatorların vaxtında və sərnişinlərin təhlükəsiz daşınmasını təmin edən yüksək keyfiyyətli əsaslı təmirini yerinə yetirmək;
• Eskalatorların normal işləməsi üçün ehtiyat hissələrinin və tərtibatların hazırlanmasını təşkil etmək.
• Bakı metropoliteninin ehtiyacları üçün qeyri-standart avadanlıqların hazırlanmasını və quraşdırılmasını təşkil etmək.
• Tikinti departamentinin sifarişlərinə əsasən böyük həcmli metal konstruksiyalar və fermalar hazırlayıb obyektlərdə quraşdırılmasını təşkil etmək.
• “Bakı metropoliteni” QSC-nin stansiyalarında və tunellərində quraşdırılmış metal hermetik darvazalara texniki xidmət göstərmək.
• Həm yeni detallardan, eləcə də istismardan çıxarılmış, lakin müəyyən hissələri istismara yararlı olan təkər cütü detallarından yeni təkər cütlərinin formalaşdırılmasını təşkil etmək.
Birləşmiş emalatxanaların rəisi: Naqib Kazımov
×

Naqib Müslüm oğlu Kazımov 1954-cü il dekabrın 4-də Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Elektrik stansiyaları fakültəsini bitirib.
Evlidir, bir övladı var.