z
17 IYUN / 2026 / 14:56
“Bakı Metropoliteni” QSC tərəfindən 22.06.2026-cı il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan Boya və örtük materialların satın alınması üzrə “Açıq Tender” 30.06.2026-cı il tarixə saat 14:30-a keçirilmişdir. Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 30.06.2026-cı il saat 12:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinin İcraya nəzarət və sənədlərlə iş şöbəsinə təqdim edilməlidir. Zərflər 30.06.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 14:30-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-də açılacaqdır. Şərtlər toplusuna dair izahat üçün son müddət 22.06.2026-cı il saat 14:30-a kimi, şərtlər toplusuna dəyişiklik üçün son müddət 24.06.2026-cı il saat 14:30-a kimi və Təklifin qüvvədə olma müddəti zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox olmalıdır. Xahiş edirik nəzərə alasınız.
“Bakı Metropoliteni” QSC-nin Satınalma Komissiyası
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır