z

“Bakı Metropoliteni” QSC-nin stansiyalarında parapetlərin üzərində  paslanmaz məhəccərlərin  quraşdırılması işlərinin satın alınmasına dair bildiriş

“Bakı Metropoliteni” QSC-nin stansiyalarında parapetlərin üzərində  paslanmaz məhəccərl...

29 IYUN / 2026 / 11:37

“Bakı Metropoliteni” QSC tərəfindən 30.06.2026-ci  il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” QSC-nin stansiyalarında parapetlərin üzərində  paslanmaz məhəccərlərin  quraşdırılması işlərinin satın alınması üzrə  “Açıq Tender” 14.07.2026-ci il tarixə saat 14:30-a keçirilmişdir. Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti)  14.07.2026-ci il tarixə saat 11:30 qədər Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinin İcraya nəzarət və sənədlərlə iş şöbəsinə təqdim edilməlidir. Zərflər 14.07.2026-ci il tarixdə, Bakı vaxtı ilə saat 14:30-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-də açılacaqdır. Şərtlər toplusuna dair izahat üçün son müddət 07.07.2026-ci il saat 14:30-a kimi, şərtlər toplusuna dəyişiklik üçün son müddət 09.07.2026-ci il saat 14:30-a kimi və Təklifin qüvvədə olma müddəti zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox olmalıdır. Xahiş edirik nəzərə alasınız.


“Bakı Metropoliteni” QSC-nin Satınalma Komissiyası
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır