z

Müxtəlif növ sərfiyyat mallarının satın alınmasına dair bildiriş

Müxtəlif növ sərfiyyat mallarının satın alınmasına dair bildiriş

10 IYUL / 2026 / 09:10

“Bakı Metropoliteni” QSC tərəfindən 13.07.2026-cı il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan Müxtəlif növ sərfiyyat mallarının satın alınması üzrə  “Açıq Tender” 20.07.2026-cı il tarixə saat 15:00-a keçirilmişdir. Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 1 (bir) əsil və 2 (iki) surəti olmaqla 20.07.2026-cı il saat 12:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinin İcraya nəzarət və sənədlərlə iş şöbəsinə təqdim edilməlidir. Zərflər 20.07.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-də açılacaqdır. Şərtlər toplusuna dair izahat üçün son müddət 13.07.2026-cı il saat 15:00-a kimi, şərtlər toplusuna dəyişiklik üçün son müddət 15.07.2026-cı il saat 15:00-a kimi və Təklifin qüvvədə olma müddəti zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox olmalıdır. Xahiş edirik nəzərə alasınız.

“Bakı Metropoliteni” QSC-nin Satınalma Komissiyası
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır